Bakıda ötən gecə dəhşətli qətl hadisəsi baş verib.
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Taxveli Ramiz Pərviz oğlu ailə münaqişəsi zəmnində 1988-ci il təvəllüdlü həyat yoldaşı Taxveli Adelya Azər qızını Bakı şəhəri Nəsimi rayonu, Rəşib Behbudov küçəsi, 65 saylı binanın 5-ci mərtəbəsindən atmaqla qətlə yetirib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi qaldırılıb. Ramiz Taxveli şübhıəli şəxs qismində saxlanılıb. O, ilkin duindirmə zamanı həyat yoldaşını 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən atdığını etiraf edib. Onun cinayəti törədərkən qəbul etdiyi narkotik maddənin təsirində olduğu ehtimal edilir. Ramiz Taxvelinin maşınına baxış.keçirilərkən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanıb,qurudulmuş marixuana götürülüb.
Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı onda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.
Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”ın art direktorudur.
RePost.Az