Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş "Arsenal” – "Qarabağ” matçının sonunda ermənilər təxribata cəhd edib.
RePost.Az xəbər verir ki, Artur Zakaryan adlı Şuşadan olan bir erməni azarkeş üzərində erməni terrorçu Monte Melkonyan və qondarma Dağlıq Qarabağın bayrağı ilə meydana çıxıb.
Məsələyə dərhal "Qarabağ”ın kapitanı Rəşad Sadıqov reaksiya verib. O, erməni azarkeşin bu hərəkətinə etirazını əsəbi formada çatdırıb.
"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar", - deyə "Qarabağ" klubunun baş məşqçisi təxribatı şərh edib.
Qeyd edək ki, "Arsenal” – "Qarabağ” görüşündə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
RePost.Az