Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb.
Trend-in məlumatına görə, rayonun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlanları tərəfindən döyülərək təhqir edilib.
Müəyyən edilib ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə intim münasibətdə olub.
Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman Həsənov və Ruslan Həsənovla birlikdə dekabrın 12-də rayonun Çaylı kəndindən Yeni Həyat kəndi istiqamətində olan avtomobil yolunda E.Həsənovun idarə etdiyi avtomobili saxlatdıraraq onu avtomobildən düşürüblər.
E.Həsənovun müraciətindən sonra faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (işgəncə, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri keçirilir.
RePost.Az