Bakı şəhəri, Nizami rayonunda yerləşən kafelərdən birində kütləvi dava baş verib.
 
Bakı şəhər Prokurorluğundan RePost.Az-a verilən məlumata görə, kafedə iki şəxs arasında mübahisə zəminində 26 yaşlı İlham Soltanəliyev 28 yaşlı Səbuhi Səfərovun ayaq nahiyəsinə bıçaq zərbəsi ilə xəsarət yetirib. 
 
Hadisə nəticəsində Səbuhi Səfərov dünyasını dəyişib. İlham Soltanəliyev isə polis tərəfidnən  saxlanılıb. 
 
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
 
RePost.Az

Baxış sayı: 3770 | Tarix: 17.12.2018
Bizi Telegramda izləyin: @repostaz