Bakıda dəhşətli yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall” ticarət mərkəzinin qarşısı) “Chevrolet Captiva” markalı minik avtomobili 1972-ci il təvəllüdlü Əsgərov Zərgər Namaz oğlunu vurub. Zərbənin gücündən piyada yolun əks hərəkət hissəsinə düşüb və oradan keçən “Toyota Land Cruiser” markalı avtomobilin altında qalıb. 46 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə metronun Gənclik stansiyasının yeraltı keçidləri mövcuddur.
RePost.Az