17 dekabr, 2018-ci il tarixində İçərişəhərdə yerləşən “Müasir İncəsənət Mərkəzi”ndə gənc rəssam Ruhulla Həsənzadənin “Ruh” adlı fərdi sərgisi keçirildi. Sərgi boyu rəssamın bugünə qədər müxtəlif yerli və xarici sərgilərdə nümayiş olunmuş işləri və yeni əsərləri qonaqlara təqdim olunub.
Gənc rəssam insanların öz ruhlarına azadlıq verməyə, onu dinləməyə çağırır.
“Həqiqətən ruhumuza azadlıq versəydik nə edərdi? Sözlərin bəsit qaldığı, eqonun yox olduğu, yalnız azadlığın, tanrının, sevginin, rənglərin danışdığı bir mühitdə Ruhumuzun nə edə biləcəyinə bir yerdə baxaq”.
Əsərləri bir sıra yerli və xarici sərgilərdə nümayiş olunan rəssam Ruhulla Həsənzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri sənət fakultəsinin rəngkarlıq ixtisası üzrə təhsil alıb. O, 2018-ci ildən etibarən Berlində yerləşən Avropa Təbii Elmlər Akademiyasının üzvüdür.
Ruhulla Həsənzadənin üç gün (17,18,19 dekabr) müddətində keçiriləcək “Ruh” adlı sərgisinə giriş sərbəstdir.