ARB TV-nin “Səhər-Səhər” verlişininin növbəti qonağı mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova olub. 
 
RePost.Az-ın məlumatına görə, Mehriban Hüseyinova gizli qalan bir çox sirlərin  üstünü açıb:
 
“Mən öz təzminatlarımı tələb edirəm.  Deyirdilər ki, guya mən İlhamə xanımın ən bahalı şubasını oğurlamışam. Sonra o şubanı oğlu Orxan tərəfindən lombarda qoyduğunu bütün media bildi. O zaman rəhmətlik sağ idi və mən artıq həbsdə idim. Çeklər də var idi, amma mənim boynuma yıxmışdılar. Mən İlhamə xanım olan müddətdə onun Gülbahar adlı bacısının olduğunu da eşitməmişəm. Amma İradə xanımı eşitmişəm. İlhamə xanımın mülkünü necə bölərlər özləri bilər. Öz zəhmətimlə 15 ildə tikdiyim evimin pulunu, 10 min dollarımı tələb edirəm. Şahid qonşularım da var”.
 
RePost.Az

Baxış sayı: 4834 | Tarix: 19.12.2018
Bizi Telegramda izləyin: @repostaz