Bir neçə gün əvvəl Təhsil Nazirliyi riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən azərbaycan və rus bölmələri üzrə orta məktəblərinizdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqlarından imtahan keçirib.
Layihənin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədə olan fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarətdir. Amma məlum olub ki, bəs bizim müəllimlərin bilik və bacarıqları hələ 50 faizdən aşağıdır.
Təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə imtahanın nəticələrini təqdim edərək şərh edib:
"Hanı bəs sizin keyfiyyət iliniz? Hanı bəs sizin təlimlərin nəticəsi? Bu nəticələr onu bir daha sübut edir ki, qəbul və buraxılış imtahanlarının yüksək nəticələri təhsil nazirliyinin, orta məktəblərin nəticəsi deyil. Çünki öz nəticəsi aşağı səviyyədə olan, yüksək nəticə verə bilməz!
2014-cü ildən bəri müəllimlərin nəticələrində heç bir irəliləyiş yoxdur.
Biologiya fənni üzrə:
İmtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 51 %-i təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90% olmuşdur.
İnformatika fənni üzrə:
İmtahanda iştirak edən 129 nəfərdən 13 nəfəri təqdim edillən 20 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 10 %-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 83% olmuşdur.
Fizika fənni üzrə:
İmtahanda iştirak edən 180 nəfərdən 11 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 6 %-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 95% olmuşdur.
Kimya fənni üzrə:
İmtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri təqdim edillən 30 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 5 %-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 62% olmuşdur.
Riyaziyyat fənni üzrə:
İmtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 1 %-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 63% olmuşdur.
Bu da sizin Təhsildə Keyfiyyət ilinizin nəticəsi..."