Daxili İşlər Nazirliyi ona bilavasitə tabe olan qurumun balansındakı avtomobilləri hərraca çıxarıb.
 
RePost.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının avtomobillərinin satışı üçün hərrac təşkil edəcək.
 
12 fevral tarixində keçirilməsi gözlənilən hərraca ümumilikdə 12 avtomobil çıxarılıb.
 
DİN hərraca 5 ədəd BMV-320, 4 ədəd "Fiat Doblo” və hərəsi bir ədəd olmaqla "Fiat Kombi Aktiv”, QAZ-3110 və "Volksvagen Passat” avtomobilləri təqdim edib.
 
Hərraca ən yüksək qiymətə rəqdim edilən avtomobillər BMV-320 markalı avtomobillərdir ki, ilkin start qiyməti 5200 manatdan başlayır.
 
"Fiat Dablo”ların ilkin start qiyməti isə 4500 manatdır.
 
Nazirliyin hərraca ən aşağı qiymətə təqdim etdiyi avtomobil isə QAZ-3110-dur ki, onun da qiyməti 2000 manatdan başlayır.
 
RePost.Az

Baxış sayı: 3808 | Tarix: 14.01.2019
Bizi Telegramda izləyin: @repostaz