Mingəçevirdə avtobus sürücüləri tətil edib.

Şəhər sakinlərinin RePost.Az-a verdikləri məlumata görə, Mingəçevir - Xaldan marşrutu üzrə hərəkət edən avtobusların Mingəçevir bazarının yaxınlığında 25 ildir istifadə etdikləri son dayanacaq yeri yeni icra başçısının göstərişi ilə əllərindən alınıb. Buna etiraz edən sürücülər iki gündür işə çıxmırlar. 


Nəqliyyat problemi ilə üzləşən həmin marşrutun sərnişinləri Mingəçevir şəhər İcra Hakimiyyətinə yürüş ediblər. İcra hakimiyyətində onları qəbul edən olmadığından, sakinlər şəhər Polis Şöbəsinin qarşısına yığışıblar. Şəhər sakinləri sözügedən dayanacağın onlar üçün də əlverişli olduğunu deyərək sürücülərə dəstək çıxıblar.
 

RePost.Az


Baxış sayı: 3827 | Tarix: 17.01.2019
Bizi Telegramda izləyin: @repostaz