"Deputat Əsabil Qasımovun oğlu İsveçrədə xizək qəzası zamanı dünyasını dəyişməyib”.
 
RePost.Az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya deputatın köməkçisi Rauf Həşimov məlumat verib. 
 
O qeyd edib ki, mərhum ümumiyyətlə, xizək sürə bilməyib: "O, kanatda olub. Bu zaman qan təzyiqi yüksəlib, dərhal kanatdan düşürüb otelə gətiriblər. Amma oteldə həkim olmadığından Elçin Qasımova müdaxilə olunmayıb. Elə bu səbəbdən də vəfat edib. Mərhumun meyiti hələ Bakıya gətirilməyib. Ola bilsin ki, bu gün axşam gətirilsin. Prosedurlar çətin olduğundan cənazəni hələ gətirə bilməmişik”.
 
Qeyd edək ki, Elçin Qasımov 2 gün əvvəl 29 yaşında dünyasını dəyişib. 
 
RePost.Az

Baxış sayı: 5993 | Tarix: 25.01.2019
Bizi Telegramda izləyin: @repostaz