Səhiyyə Nazirliyi döyüş sambosu, MMA üzrə azərbaycanlı keçmiş döyüşçü Xamis Məmmədovun qripdən dünyasını dəyişməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, idmançı yanvarın 24-də Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:
“Aparılan bütün reanimasion tədbirlərə baxmayaraq, Xamis Məmmədov ayın 26-da dünyasını dəyişib”.
Nazirlikdən qeyd edilib ki, Xamis Məmmədovun yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər:
“Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub”.
RePost.Az