Füzuli rayonunda qadının zorlanaraq öldürülməsi hadisəsi ilə bağlı şok faktlar üzə çıxıb.
 
Horadiz şəhəri ərazisində 1966-cı il təvəllüdlü Aygün İsmayılovanın (ad və soyadlar şərtidir) amansızlıqla öldürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Aparılan araşdırmalar zamanı qadının zorlandığı da məlum olub.
 
Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadının 2004-cü ildə anadan olmuş Fuad Piriyev tərəfindən öldürüldüyü məlum olub. O, tutularaq istintaqa təhvil verilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 3770 | Tarix: 30.01.2019
Bizi Telegramda izləyin: @repostaz