Bakının Nəsimi rayonunda yerləşən məşhur “Trump Tower” otelinin adı sökülür.
 
RePost.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki. söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.
 
Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin dayandırılmasını "ev təmizliyi" adlandırmışdı.
 
RePost.Az 

Baxış sayı: 4093 | Tarix: 16.01.2017
Bizi Telegramda izləyin: @repostaz