Prezident İlham Əliyev pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda pensiyaların nə qədər artması yer almayıb. Bizimyol.info xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu pensiya artımının məbləği ilə bağlı açıqlama verib. O bildirir ki, son artımla pensiyalar hər 100 manata 2 manat 90 qəpik, hər 50 manata isə 1 manat 45 qəpik artmış olur.
“Bu ilə qədər 150 manat pensiya alan bundan sonra 154 manat 35 qəpik, 200 manat pensiya alan 205 manat 80 qəpik alacaq”.
Qeyd edək ki, Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Prezidendt sərəncamında Nazirlər Kabinetinə də irəli gələn məsələləri həll etmək tapşırlıb.
RePost.Az