Digər Xəbərlər
İstanbulda öldürülən azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskiyə 5 metr hündürlükdə məzarüstü abidə qoyulacaq.
RePost.Az-ın Cebhe.info-ya istinadən verdiyi xəbərə görə, Rövşən Lənkəranskinin Hindistanda hazırlanan məzarüstü abidəsi əvvəlcə Türkiyəyə, ordan isə Azərbaycana gətirilib.
Heykəl-abidənin hündürlüyü 5 metrə qədərdir. Məlumatda o da bildirilir ki, hazırda heykəl Binəqədidə məzarüstü abidələr hazırlayan sexdə saxlanılır və üzərində son tamamlama işləri aparılır.
Qeyd edək ki, məzarüstü abidənin əsas hissəsi Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sifarişi ilə Hindistanda hazırlanıb.