Qum Əyalətində Qadınların Şotokan Beynəlxalq Karate Çempionatında Azərbaycan Respublikasına qarşı qərəzli mövqe sərgilənib.
 
RePost.Az-ın Günaz TV-yə istinadən verdiyi məlumata görə, yarışlar zamanı Azərbaycan bayrağı işğalçı Ermənistan bayrağının altında nümayiş etdirilib. İran Karate Federasiyasının təxribatı Azərbaycan komandası üzvlərinin etirazı ilə qarşılanıb, bundan sonra Azərbaycan bayrağı Ermənistan bayrağının altından götürülüb və salonun digər yerində dalğalandırılıb. 
 
Qadınların Şotokan Beynəlxalq Karate Çempionatına İran əyalətlərinin komandaları ilə yanaşı 6 xarici ölkədən 21 idmançı qatılıb.
 
RePost.Az

Baxış sayı: 4606 | Tarix: 18.02.2019
Bizi Telegramda izləyin: @repostaz