Mir Şahin Əli Kərimlidən danışdı - Saqqalsız kosa... - VİDEO
Real TV”-nin rəhbəri Mir Şahin Ağayev bazar günü efirə gedən müəllif proqramında radikalların 19 yanvar mitinqi ilə bağlı iddialarını şərh edib.
"Bu balaca topa Azərbaycanda az qala bütün siyasi prosesləri idarə etdiyi iddisındadır. 19 yanvarda bütün mümkün və qeyri-mümkün qüvvələrin birləşməsindən yaratdıqları mitinqin eyforiyasından çıxa bilməyən, hətta onun Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə baş tutduğunu unudan kütləbaşlar nədənsə eyni aqibəti öz azarkeşlərinə bu dəfə "Ana Harayı”nın hüzrunda yaşada bilmədilər...”,- deyə jurnalist müxalifələrin Xocalı günü keçirməyə cəhd göstərdikəri uğursuz aksiyanı şərh edib.