Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.
RePost.Az-ın məlumatına görə, aktyor GünAZTV-yə müsahibə verən ərəfədə Prezidentdən ona zəng gəlib.
Prezident Rasim Balayevə sənət adamları ilə görüşə onun adının salınmamasına görə siyahını hazırlayanlara iradını bildirdiyini qeyd edib. Eyni zamanda o, aktyorun təklifləri ilə maraqlanıb. Aktyor isə Prezidentə onu narahat edən məsələlərin Mehriban Zəki tərəfindən səsləndirildiyini bildirib.
Prezident kino sahəsinə daim diqqət göstərdiyini və bundan sonra da göstərəcəyini bildirib. O qeyd edib ki, kino sahəsinə 5 milyon manat ayırıb növbəti ildən də vəsait ayrılmasının büdcəyə salınacağını bildirib.
RePost.Az