Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
 
Report-un verdiyi məlumata görə, hadisə zamanı 8 nəfər tüstüdən boğulub ya açıq alovdan yanıq xəsarəti alıb. Yataqxana sakinlərindən ikisi – Surxay Əliyev və Elza Əliyeva ölüb. Onların ər-arvad olduğu bildirilir.
 
Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
 
Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.
 
RePost.Az
 


Baxış sayı: 4036 | Tarix: 06.03.2019
Bizi Telegramda izləyin: @repostaz