Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.
 
RePost.Az Publika.az-a istinadla xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar bağları” yaşayış massivində yerləşən fərdi həyət evində kirayə yaşayan Şirvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Hüseynli Həbib Mehman oğlu və 1985-ci il təvəllüdlü Əzimova Əntiqə Vidadi qızı hamam otağında dəm qazından boğularaq ölüb.
 
Məlum olub ki, hər iki şəxs orta məktəbi bir yerdə oxuyub və sinif yoldaşlarıdır. Ailəli olsalar da, onların arasında gizli sevgi münasibəti yaranıbmış və xeyli müddət davam edirmiş. Bir müddət əvvəl onlar Bakıda işləmək üçün birgə paytaxta gəliblər və burada qeyri-rəsmi nikahda gizli yaşamağa davam ediblər.
 
Bildirilir ki, hər iki şəxsin rəsmi nikahlarından övladları var.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
 
RePost.Az

Baxış sayı: 5100 | Tarix: 12.03.2019
Bizi Telegramda izləyin: @repostaz