Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
 
RePost.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə 1/4 finalda və yarımfinal mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib.
 
"Ayaks" (Hollandiya) - "Yuventus" (İtaliya)
 
"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)
 
"Tottenhem" (İngiltərə) - "Mançester Siti" (İngiltərə)
 
"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
 
"Yuventus" - "Ayaks" cütünün qalibi yarımfinalda "Tottenhem" - "Mançester Siti" cütünün qalibi ilə, "Liverpul" - "Portu" duelinin qalibi isə, "Barselona" - "Mançester Yunayted" duelinin qalibi ilə qarşılaşacaq.
 
Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.
 
RePost.Az 
 

Baxış sayı: 4758 | Tarix: 15.03.2019
Bizi Telegramda izləyin: @repostaz