Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. 
 
“Report”un məlumatına görə, bu barədə FHN məlumat yayıb. 
 
Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.
 
***
 
Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib. 
 
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.
 
Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.
 
RePost.Az


Baxış sayı: 2364 | Tarix: 26.03.2019
Bizi Telegramda izləyin: @repostaz