Özünü yanan Diqlas ticarət mərkəzinin rəhbəri kimi təqdim edən Bəhruz adlı şəxs vətəndaşlara kömək ediləcəyini, binanın təmir ediləcəyini və digər obyektlərlə danışıqlar aparıb satış həyata keçirtmək üçün onlara nöqtə verəcəyini vəd edib.
Bunu bizimyol.info saytının hadisə yerində olan müxbiri Rövşən Əsədov xəbər verir.
Bunun müqabilində isə vətəndaşlara dağılışmağı, saat 4 də yenidən görüşüb onların sualların cavablandıracağını deyib.
Eyni zamanda aqressiv sahibkarlar onların üzərinə hücum edərək onu təhqir ediblər. Əlbəyaxa davanı sakitləşdirmək üçün çevik polis alayının polis nəfərləri müdaxilə ediblər. Lakin sahibkarlar buna da məhəl qoymayıblar. Polislərlə sahibkarlar arasında da insident yaşanıb.
Hazırda danışıqlar gedir, sahibkarlar dağılışmayacaqlarını, onlara konkret dəymiş ziyanın ödənilməsini tələb edirlər. Eyni zamanda onlar icra başçısının əraziyə gəlməsini tələb ediblər. Əks təqdirdə onlar icra hakimiyyətinə gedəcəklərini bildiriblər.
RePost.Az