Bir müddət əvvəl Sabirabadda yaşayan 19 yaşlı gəncin 36 yaşlı iki uşaq anasına qoşulub qaçması ictimaiyyət tərəfindən böyük müzakirələrə səbəb olmuşdu. Elsevər adlı oğlanla Aygün adlı qadının münasibəti çoxluq tərəfindən qəbul edilmədi. Nəticədə Elsevər Aygündən ayrılaraq ata-anasının yanına qayıtmışdı. Lakin ondan əl çəkməyən Aygün müxtəlif vasitələrlə yenidən öz yanına qayıtmağa vadar edib. Aygünlə və onun iki azyaşlı övladı ilə yaşamağa başlayan Elsevər bu müddət ərzində istixanada çalışaraq "ailəni" dolandırıb.
RePost.Az xəbər verir ki, Elsevərin bu hərəkətindən sonra atası xəstələnərək yatağa düşüb.
Övladının həyatının məhv olduğunu görən ana oğlunu geri qaytarmaq üçün "Səni axtarıram" proqramına üz tutub.
Ananın sözlərinə görə, bu vasitələrdən biri şantaj olub. Belə ki, iki oğul anası olan Aygün Elsevər ondan ayrılarsa iki uşağı ilə özünü Kür çayına atacağı ilə şantaj edib.
Xoşqədəm Hidayətqızı Elsevərin olduğu yeri müəyyən edərək efirə dəvət edib. Arıqlamış və yorğun görünən Elsevərin xarici görünüşündəki dəyişiklik eksperlərin və aparıcının diqqətindən yayınmayıb. Bunun səbəbini soruşduqda, gənc istixanada işləməsilə əlaqələndirib.
Aparıcının Elsevərlə apardığı danışıqların nəticəsi olaraq, o, anasının yanına qayıtmağa qərar verib. Onun bu qərarı ekspertlər və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Xoşqədəm Hidayətqızı efirdən Aygünə səslənərək Elsevərdən əl çəkməsini istəyib və əks təqdirdə onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.
RePost.Az