İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”nı təsdiqləyib.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Hüquqi Aktların Dövlət Reyestrinə istinadən “Report” xəbər verib.
 
Qaydaya əsasən, iş adamlarına maddi yarım nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən, plastik kartla ödəniləcək. Ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə 2 min manat yardım alacaqlar.
 
Qeyd edək ki, ölkə başçısı yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə prezidentin ehtiyat fondundan ilkin olaraq 3,0 (üç) milyon manat ayrılması ilə bağlı sərəncam imzalamışdı.
 
RePost.Az

Baxış sayı: 3580 | Tarix: 04.04.2019
Bizi Telegramda izləyin: @repostaz