Şəmkirdə yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Rafiq Babayevin (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
2016-ci il mayın 9-da Rafiq Babayev Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən keçmiş Komsomol parkının ərazisində fəaliyyət göstərən "Borçalı” kafesindəki dostları ilə birlikdə içki məclisində olub.
 
Daha sonra sərxoş olan Rafiq Babayev parkın ərazisində çay içib, dostlarından ayrılıb. O, sərxoş vəziyyətdə Şəmkir rayon uşaq poliklinikasında epilepsiya xəstəsi olan 1999-cu il təvəllüdlü Səidə Səlimovanı parkda tək olduğunu görüb.
 
Bu zaman Rafiq Səidəyə yaxınlaşıb və onunla söhbət edib. Söhbət zamanı Rafiq onun yetkinlik yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını bilib.
 
Rafiq Məmmədov əvvəlcə Səidəni "Borçalı” kafesinə gətirib, ona yemək alıb. Həmin vaxt Rafiq Səidə ilə cinsi əlaqədə olmaq niyyətinə düşüb.
 
Sonra Rafiq Səidəni kafedə qoyub və işlətdiyi internet kluba gəlib. Orada qonşuluqda yaşayan Elxan Əliyevə internet kluba nəzarət etməsini tapşırıb və oradan pul götürüb, yenidən kafeyə qayıdıb.
 
Rafiq Səidə üçün sifariş etdiyi yeməyin pulunu ödəyib, sonra qızı keçmiş Komsomol parkının yaxınlığındakı Səlim Məmmədovun işlətdiyi ərzaq mağazasına aparıb.
 
Mağazadan Səidəyə yarım litrlik "Fanta” şirəsi, 2 ədəd saqqız, 1 ədəd 40 qəpiklik günəbaxan tumu və dondurma alıb.
 
Daha sonra o, Səidə ilə cinsi əlaqədə olmaq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə onu Şəmkir rayon mərkəzi xəstəxanasının qarşısına gətirib.
 
Rafiq xəstəxananın giriş darvazasına çatmamış mühafizəçinin onları görməməsi üçün ümumi qapıdan deyil, kənarında yerləşən kiçik qapıdan içəri keçib. O, qızı həyətdəki çardağın altına gətirib.
 
Orada Rafiq niyyətini həyata keçirmək istəyən zaman Səidə etiraz edib. Səidə bakirə olmasını bildirib və cinsi əlaqəyə girməkdən imtina edib.
 
Amma Rafiq Səidənin bu etirazına məhəl qoymayıb və cinsi ehtirasını təmin etmək məqsədilə sonucunu əli ilə üzü dəmir məhəccərə doğru əyib, onunla həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olub.
 
İstintaq orqanı tərəfindən Rafiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.
 
"Əqli problemi olmasını hiss etdim”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rafiq Məmmədov bildirib ki, ailəlidir, 2 övladı var: "Hadisənin baş verdiyi iddia olunan günü dostlarımla "Borçalı” kafesində yeyib-içdikdən sonra yaxınlıqdakı parkda bir nəfər qızın yağışın altında quşlara baxaraq öz-özünə güldüyünü tanımadığım şəxsdən eşitdim. Həmin qızla maraqlanaraq onun yanına getdim. Həmin qıza "niyə bürda yağışın altında durmusan?” sualını verdim. O, güldü, onun anarmol danışığından onda əqli problem olmasını, həmçinin zahiri görnüşündən 15-16 yaşı olduğunu hiss etdim”.
 
"O, əvvəlcə gülərək razı olmadı”
 
Rafiq Məmmədov qeyd edib ki, söhbət zamanı həmin qızın adının Səidə olmasını bilib: "Səidəni kafeyə apardım, ona yemək, mağazadan isə "Fanta”, dondurma, saqqız və tum aldım. Sonra Səidəni götürərək rayon mərkəzi xəstəxanasının həyətinə apardım. Mühafizəçinin bizi görməməsi üçün Səidəni əsas giriş qapısından deyil, kiçik qapıdan həyətdəki çardaq olan yerə gətirdim. Orada əlimi Səidənin çiyninə saldım və əynində olan şalvarını soyunmasını istədim. O, əvvəlcə gülərək razı olmadı. Sonra şalvarını soyundu. Orada Səidə ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə oldum”.
 
Cinayət işi üzrə şahid qismində ifadə verən Firuzə Səlimova bildirib ki, Səidə kiçik yaşlarından nənəsi ilə yaşayır: "Səidə kiçik yaşlarından psixi xəstəlikdən əziyyət çəkir, uşaq xəstəxanasında qeydiyyatda olmaqla mütəmadi müalicə olunur”.
 
"Tanımadığı oğlanla cinsi əlaqədə olduğunu dedi”
 
Firuzə Səlimovanın sözlərinə görə, qayınanası ona zəng edib və Səidənin evdən çıxdığını və qayıtmadığını bildirib: "Qohumlarım Səidənin axtarmağa başladılar. Bir gün sonra qayınanam mənə zəng vurdu, qızımın evə qayıtdığını, heç bir söz danışmadığını, halının pis olduğunu söylədi. Həmin gün qayınanamgilə gəldim və Səidədən evə gec gəlməsinin səbəbini soruşdum. Səidə tanımadığı bir nəfər oğlanın ona yemək, tum, dondurma, saqqız aldığını sonra onu xəstəxanaya aparıb, onunla cinsi əlaqədə olduğunu, buna görə də ağrıdığını dedi. Bundan sonra biz hüquq-mühafizə orqanlarına şikayət etdik”.
 
Əqli zəif olan qıza təcavüz edənə niyə bəraət verildi?
 
Bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və sonda hökm elan edilib. Hökmə əsasən, Rafiq Məmmədovun əməli sübuta yetirilməyib və ona bəraət verilib.
 
Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Rafiq Məmmədovun barəsində təyin olunan bəraət hökmünün ləğv edilməsini, ona ittihamedici cəza verilməsini tələb edib.
 
Eyni tələblə zərərçəkmişin qanuni nümayəndəsi də şikayət verib. Hər iki tərəfin şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb və təmin olunmayıb.
 
Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.
 
Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət araşdırılması üçün hakim Tahir Kazımovun icraatına verilib.
 
Bu şikayət üzrə məhkəmə baxışı aprelin 17-nə təyin edilib.
 
RePost.Az

Baxış sayı: 3751 | Tarix: 09.04.2019
Bizi Telegramda izləyin: @repostaz