Özünü 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən səkkizinci sinif şagirdi Elina Hacıyevanın təhsil ocağında son gününün görüntüsü yayımlanıb.
RePost.Az-ın məlumatına görə, videoda E. Hacıyeva sinif otağında, parta arxasındadır, ətrafdakı partaların arxasında sinif yoldaşları oturub. Dəftəri açır, vərəqə nə isə yazır.
Sonra çantasını qucaqlayıb bir neçə dəqiqə bu vəziyyətdə oturur. Tənəffüs zəngi çalınır, sonra Elina çantasını partanın üstünə buraxıb sinif otağından çıxır.
Dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir, sinfə tərəf baxır, sonra pəncərənin kənarına çıxır, aşağı tullanır.
Digər bir videoda isə Elina məktəbdə uşaqlardan gileylənir, direktoru tərifləyir. Amma onun intihar etdiyi anın gpörüntüləri ilə, həmin videodakə görüntülərin ayrı-ayrı vaxtlarda çəkildiyi aydın hiss olunur. Çünki Elininan geyimi fərqlidir.
Xatırladaq ki, bir neçə gün əvvəl 162 nömrəli məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.
Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.
RePost.Az