Yataqxanalarda yaşayan bütün məcburi köçkünlər şəhərciklərə köçürüləcək. 
 
RePost.Az xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
 
O bildirib ki, Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunda yanan yataqxanaya baxış keçiriləcək və daha sonra binanın aqibəti ilə bağlı qərar veriləcək. Rövşən Rzayev bütün məcburi köçkünlərin mərhələli şəkildə yeni mənzillərə köçürüləcəyini vurğulayıb. 
 
Daha sonra Dövlət Komitəsinin sədri yanğın baş verən yataqxanaya baxış keçirib və məcburi köçkünlərlə söhbət edib. 
 
RePost.Az

Baxış sayı: 3656 | Tarix: 10.04.2019
Bizi Telegramda izləyin: @repostaz