Bakı Nəqliyyat Agentliyi tərəfindən daha bir yeni layihənin tətbiqi nəzərdə tutulur.
 
Bu barədə RePost.Az-a BNA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Agentlik Bakıda xüsusi zolaqların salınması üçün yeni plan hazırlayıb. Plana əsasən ictimai nəqliyyatın istifadəsi üçün Bakı şəhərinin mərkəzi hissəsindəki 9 yola xüsusi zolaq salınacaq. Və həmin zolaqlar yalnız sərnişin avtobuslarının ixtiyarına veriləcək. Yol hərəkəti üzrə ekpert Ərşad Hüseynovun fikrincə tətbiq ediləcək bu yenilik həm sərnişinlərin , həm də sürücülərin rahatlığına xidmət etmiş olacaq.
 
Bu yeniliyin tətbiqi üçün BNA və aidiyyatı orqanlar tərəfindən artıq hazırlıq işlərinə də başlanılır. Nəzərdə tutulan xüsusi zolaq həm də sərnişinlərin rahat çəkildə mənzil başına çatmasına xidmət edəcək. Bundan əlavə ən böyük üstünlük avtobusların tıxaclarda vaxt itkisi ilə üzləməməsi olacaq.
 
Yolayrıclarında digər nəqliyyat vasitələrinin yoldan çıxması və yola daxil olması üçün xüsusi güzəştlər və nişanlanmaların tətbiqi nəzərdə tutulub. Amma əgər həmin xəttlə digər maşınların bütovlükdə hərəkəti müşahidə olunarsa, nəqliyyat vasitəsi sahibinə inzibati qaydada cərimə də nəzərdə tutulur.
 
Belə zolaqların təşkil olunduğu küçə və prospektlərdə avtobusların dayanacaq məntəqələri də tam standarta uyğun təşkil ediləcək. Bundan əlavə gələcəkdə bu cür zolaqların çəkiləcyi yolların sayının artılması da nəzərdə tutulur.
 
 RePost.Az
 


Baxış sayı: 3485 | Tarix: 17.01.2017
Bizi Telegramda izləyin: @repostaz