Yeddi ildir ki, ailəliyəm. Məni Fəxrəddinlə (həyat yoldaşı Fəxrəddin Musayevi nəzərdə tutur - red.) bacım tanış edib. İnanın, axırıncı dəfə Fəxrəddinin mənə "Səni sevirəm” deməsi yadımdan çıxıb.
Bu sözləri müğənni Xatirə İslam "ATV maqazin onlarla” verilişinin "3 dəqiqə 33 sual” rubrikasında dilə gətirib.
Həmkarları Nura Suri, Damla və Əməkdar artist Sevda Ələkbərzadənin mahnılarını dinləməsi ilə bağlı suala Xatirə belə cavab verib:
"Bu üç xanımın mahnıları radioda və telekanallarda səslənəndə, sevə-sevə onları dinləyirəm. Amma özüm şəxsən axtarış verib onların ifalarına qulaq asmaram. Mən səmimiyəm. Bilirəm ki, heç onlar da mənim ifalarımı dinləmirlər”.
Bununla yanaşı, Xatirə açıq-saçıq geyimlərini tənqid edənlərə də cavab verib:
"Bura şou-biznesdir, hər şey etmək, hərdən soyunmaq lazımdır. Geyimlərim tənqid olunanda əsəbiləşmirəm. Mənə hərdən dekolte yaraşır, hərdən isə yox”.