Göygölün Qızılca kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. 
 
RePost.Az-ın məlumatına görə, Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquması nəticəsində  8 nəfər dünyasını dəyişib. 
 
Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır.
 
Bir nəfər qadın isə Gəncə Şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
 
İlkin məlumata görə,  qəza "VAZ 2107” markalı avtomobilin ötmə əməliyyatı edərkən baş verib.
 
Həmin maşının sürücüsü 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, onun qızı 2018-ci il təvəllüdlü Həsənova Rübab, digər sərnişinlər -1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı vəfat edib. Həmin avtomobildə olan digər sərnişin, 1991-ci il təvəllüdlü Həsənova Ruhiyə Ramiz qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
"VAZ 2106” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfəz oğlu, həyat yoldaşı 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı və oğlu 2016-cı il təvəllüdlü Camalov Hüseyn, 1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu vəfat ediblər.
 
RePost.Az

Baxış sayı: 3770 | Tarix: 29.04.2019
Bizi Telegramda izləyin: @repostaz