Sosial şəbəkələrdə gündəm yaradacaq yeni video yayılıb.
BAKU.WS xəbər verir ki, yayılan videoda bir qadın ərinin məşuqəsinin evinə basqın edib. Onun yanında anası və digər bir xanım da olub.
Çəkilişdən də göründüyü kimi xəyanətdə ittiham olunan qadın ilk öncə heç nə başa düşmür. Çaşqın qadın nə edəcəyini bilmir.
Qadınlar bir-birini təhqir edib. Məşuqə olduğu deyilən qadın isə Aqşin olduğu deyilən kişiyə zəng vurmaq istəyir.
Yayılan video sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılıb. Sosial şəbəkələrdə böyük müzakirələr səbəb olan video ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılacaq.
Bu barədə hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib.
“Belə videoların yayılması yolverilməzdir. Bu ailə mövzusunda olan mübahisəli məsələlərdir. Əgər belə şey varsa, o zaman hüquq mühafizə orqanlarına müraciət edilməlidir.
Müzakirə açana qədər və vətəndaşların şəxsi həyatının toxunulmazlığı prinsiplərini pozana qədər məsələ ilə bağlı polisə müraciət edilməlidir. Bu həmin qadının icazəsi olmadan yayılır. Əslində işin ziyanınadır. İstənilən halda aidiyyatı üzrə polis orqanlarına müraciət edilməsi məqsədə uyğundur”.