Türkiyədən yanacaq daşıyan Azərbaycana məxsus yük maşını Naxçıvan Muxtar Respublikası arasında yerləşən Dilucu Gömrük Məntəqəsinin dayanacağında partladılıb.
RePost.Az xəbər verir ki, hadisə nəticəsində bir gömrük əməkdaşı xəsarət alıb.
Türkiyə KİV-nin yaydığı məlumatda bildirilir ki, yanğın İran tərəfindən Türkiyə Dilucu Gömrük dayanacağına terrorçuların açdığı atəş nəticəsində baş verib.
Belə ki, Naxçıvana keçmək üçün növbə gözləyən Azərbaycan dövlət nömrə nişanlı neft daşıyan yük maşınına atəş açılıb. Türkiyənin bəzi informasiya agentlikləri yük maşının maye qaz daşıdığı haqqında məlumat yayırlar. Nəticədə yük maşını tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə hərbçilər, yanğın söndürən və təcili yardım briqadası cəlb edilib.
Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev AZƏRTAC-a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Azərbaycanın Qarsdakı baş konsulluğu prosesi nəzarətdə saxlayır.