Gəncə Ağır Cinayətlər Məhkəməsində gənc oğlana qarşı seksual xarakterli zorakılıq əməlləri törətməkdə təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
 
"Ölkə.Az" xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 27-nə təyin olunub.
 
Qeyd edək ki, Rafiq Abbaslı, İsmayıl Əliyarov və Əflatun Əsgərov Cinayət Məcəlləsinin 150.2.1-ci yəni, seksual xarakterli zorakılıq hərəkətlərinin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə ittiham olunurlar.
Adları qeyd edilən şəxslər keçən il Elgiz adlı (şərti) gənc oğlana qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər ediblər, onu qeyri-təbii yolla cinsi əlaqəyə məcbur ediblər. Məsələnin üstü açılandan sonra həmin şəxslər barəsində cinayət işi açılıb və onlar məsuliyyətə cəlb edilib.

Baxış sayı: 3922 | Tarix: 18.05.2019
Bizi Telegramda izləyin: @repostaz