Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
 
RePost.Az-ın məlumatına görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
 
Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə,  2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə və Səadət Məzahir qızı Musayeva dünyasını dəyişib, 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 
 
Yaralılardan 21 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir. Onların əksəriyyətinin Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu bildirilir
 
Xəsarət alanlar 2001-ci il təvəllüdlü Salmanlı İlahə Ramil qızı, sürücü Şərifov Xudaverdi Qəmbər oğlu və 1980-ci il təvəllüdlü İmanov Gülnurə Adil qızı Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, Məmmədli Aygün Azər qızı (təvəllüd 1994), Behbudov Murad Hüseyn oğlu (təvəllüd 2002), Məhərrəmova Güllər Vidadi qızı (təvəllüd 1989), İbrahimov Şahlar Abbas oğlu (təvəllüd 1999), Əkbərov Əziz Əkbər oğlu (təvəllüd 2001), Cəfərova Fizzə Murtuz qızı (təvəllüd 1959), Hüseynova Aynurə Adil qızı (təvəllüd 1977), , Alxanov Elşən Rövşən oğlu (təvəllüd 2000), Qədirli Aytac Teymur qızı (təvəllüd 2002), Nəcəfli Aysu Azər qızı (təvəllüd 2002), Həsənov Ümid İsmayı oğlu (təvəllüd 2001), Nəsibli Ülviyyə Ədalət qızı (təvəllüd 2000), Məmmədova Nigar Azər qızı (təvəllüd 1999), Məmmədova Rüfanə Hüseyn qızı (təvəllüd 1993), Cəbrayılov Elzamin Pərviz oğlu (təvəllüd 2003), Mustafayev Murad Arif oğlu (təvəllüd 2003), 1936-cı il təvəllüdlü İsmayılova Güllər , 2003-cü il təvəllüdlü Əsgərov Müzəffər və Gəncalə adlı xanım isə travmatologiya şöbəsinə yerləşdirilib.
 
Hadisə nəticəsində xəsarət alan 1974-cü il təvəllüdlü Nəbiyeva Vəfa Yusif qızı və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nəbiyev Ramazan Səhlab oğlu Mingəçevir Şəhər Xəstəxanasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 4929 | Tarix: 23.05.2019
Bizi Telegramda izləyin: @repostaz