Azərbaycanlı futbolçu Tərlan Əhmədli komandadan qovulub.
 
RePost.Az xəbər verir ki, “Sabah” klubunun qapıçısı ilə yolların ayrılmasına səbəb Tərlanın öz toyunda iştirak etməsi olub. 
 
Belə ki, beş gün əvvəldən ona Qax rayonunda keçirilən toyunu təxirə salmaq təklif olunsa da, futbolçu bunu etməyib. O, toyu üçün bir ay əvvəldən klubdan icazə aldığını və toyu beş gün qalmış təxirə salmağın mümkün olmadığını bildirib.
 
Nəticədə, toydan sonra futbolçu “qara siyahı”ya düşüb və çempionatın qalan iki görüşündə heyətə salınmayıb. Klub mayın 15-də müqaviləsi başa çatmış Tərlan Əhmədli ilə yeni sözləşmə bağlanmadığını elan edib.
 
Bakı klubundan verilən məlumatda bu informasiya təsdiqlənib. Belə ki, aprelin 27-də keçirilmiş Azərbaycan Premyer Liqasının XXVI turunun “Keşlə” ilə matçı öncəsi əsas qapıçı olan serbiyalı Saşa Stamenkoviç və iranlı üçüncü qolkiper Əmirhüseyn Nəcəfi zədələnib.
 
Bu səbəbdən qapıda 24 yaşlı ikinci qapıçı Tərlan Əhmədliyə ehtiyac duyulub. O isə toyuna görə bu matçda iştirak edə bilməcəyini deyib. Beləcə, klub oyundan bir gün öncə Ukraynadan Dmitri Bezruk adlı qolkiperi transfer edərək onu oynatmalı olub.
 
Qeyd edək ki, həmin matç 1:1 hesabı ilə başa çatıb.
 
RePost.Az

Baxış sayı: 4910 | Tarix: 27.05.2019
Bizi Telegramda izləyin: @repostaz