Artıq bir neçə gündür Moxkvada müvəqqəti saxlama təcridxanasında qeyri-müyəyyən vəziyyətdə saxlanıldığı üçün aclıq aksiyasına başlayan Fuad Abbasovdan xəbər yoxdur.
 
RePost.Az xəbər verir ki, Azərbaycana deportasiya olunma ərəfəsində aeraporta aparılarkən yarı yoldan qaytarılan jurnalistin son durumu barədə heç bir açılama verilmir. 
 
 
Xatırladaq ki, ötən həftə Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb, Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra dünən Azərbaycana deportasiya olunacaq jurnalist səs yazısı paylaşıb.
 
Səs yazısında deyilir: 
 
"Mən bu gündən aclıq aksiyasına başladım. Çünki mən bu gün Azərbaycan getməli idim, amma aeroporta getdiyimiz yerde yoldan avtomobili döndərib, məni Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə gətirdilər. Mən bununla razı deyiləm. Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar. Buna görə də açlıq aksiyasına başlayıram"
 
Qeyd edək ki, Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.
 
Bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.
 
F.Abbasov ötən həftə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunmalı idi.


Baxış sayı: 4359 | Tarix: 10.06.2019
Bizi Telegramda izləyin: @repostaz