İspaniyanın İbiza adasında milyon funt sterlinq dəyərində saatı oğurlanan gəncin kimliyi məlum olub.
 
RePost.Az Ölkə.Az-a istinadla xəbər verir ki, soyğun hadisəsinin qurbanı “Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, “Forbes” jurnalının Rusiya reytinqində 67-ci sırasında olan Fərhad Əhmədovun oğlu olub. 
 
Oliqarx oğlu kimliyinin mətbuata sızmaması üçün İspaniya polisindən xüsusi xahiş də edib.
 
Xatırladaq ki, İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin milyon funt sterlinq dəyərində saatı oğurlanıb.
 
Qarətçi azərbaycanlıya bir neçə zərbə vurduqdan sonra onun saatını əlindən alıb.
 
Sözügedən saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir.  Dəyəri 2,167,600 AZN-dir.
 
Dünyada ən bahalı saatlardan biridir. Bu saatlar çox yüngül çəkiləri ilə fərqlənirlər. 
 

Baxış sayı: 3694 | Tarix: 27.06.2019
Bizi Telegramda izləyin: @repostaz