Keşikçidağ-da bir qrup Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alıb. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu biraz əvvəl sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, gürcü sərhədçiləri hadisə yerində olsalar da, kadrlarda da göründüyü kimi onlar faktiki seyrci mövqeyi tutublar. Mənbələr hadisənin dünən baş verdiyini xəbər verir.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanla sərhəddə yerləşən Keçikçi Dağı Məbəd-Kompleksi ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib.
RePost.Az xəbər verir ki, DİN vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.
Müraciətdə qeyd olunub ki, ötən gün sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır:
“Biz cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komissiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırırıq”.
RePost.Az