Müğənni Afət Fərmanqızı sevgilisi ilə dini kəbin kəsdirib.
 
RePost.Az xəbər verir ki, bir müddətdir eşq yaşayan cütlük bir neçə gün öncə dini kəbinlə münasibətlərini ciddiləşdirib. 
 
İfaçı kəbin kağızının şəklini sosial şəbəkədə paylaşıb və sevgilisinə “Həyatıma xoş gəldin” deyib. Ölkə.az isə həmin şəxsin məşhur iş adamı olduğunu yazıb. 
 
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli Fətvasında bildirilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər. Bu o deməkdir ki, QMİ-nin rəsmi din xadimləri tərəfindən yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuna bilər. 
 
Bu qaydaya riayət etməyən QMİ rəsmi din xadimlərinə münasibətdə müvafiq cəza tədbirləri görüləcək.
 
RePost.Az

Baxış sayı: 5062 | Tarix: 19.07.2019
Bizi Telegramda izləyin: @repostaz