Bakı şəhər Xətai Rayon Məhkəməsində Dövlət Yol Polisinin vətəndaş Ayaz Əliyevə içkili avtomobil idarə etmə ilə bağlı yazdığı inzibati protokol araşdırılıb. 
 
RePost.Az xəbər verir ki, Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Qərara əsasən, Əliyev Ayaz Nəsrəddin oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə inzibati icraata xitam verilib.
 
Xətai Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarından Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov apellyasiya şikayəti verib. 
 
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq. 
 
Qeyd edək ki, İXM-nin 333.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutur.
 
Bu əmələ görə dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərə tutulub.
 
RePost.Az

Baxış sayı: 3903 | Tarix: 23.07.2019
Bizi Telegramda izləyin: @repostaz