Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.
 
RePost.Az "report"a istinadən xəbər verir ki, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.
 
Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.
 
Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
RePost.Az


Baxış sayı: 5214 | Tarix: 24.07.2019
Bizi Telegramda izləyin: @repostaz