Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
 
RePost.Az xəbər verir ki, üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
 
Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub/
O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.
 
G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Cütlüyün 4 övladı var.
 
Faktla bağlı araşdırma aparılır. 
 

Baxış sayı: 3865 | Tarix: 12.08.2019
Bizi Telegramda izləyin: @repostaz