Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində paytaxtda qadına ağır xəsarət yetirən şəxs saxlanılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə oxu.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.
 
Cinayət avqustun 28-də, saat 14:10 radələrində, Mir Cəlal küçəsində, 56 nömrəli binanın qarşısında törədilib.  
 
Belə ki, 1980-cı il təvəllüdlü Məmmədova Günay Azad qızına qarın nahiyəsindən deşici bıçaq xəsarəti yetirilib. Zərərçəkən şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
 
Fakt üzrə Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Cavanşir Quli oğlu saxlanılıb.
 
Araşdırmalar nəticəsində məlum olub ki, o, RF Cinayət məcəlləsinin 242-ci maddəsinə (Pornoqrafik materialların qanunsuz istehsal və dövriyyəsi, onların yayılması) müvafiq olaraq məhkum edilib. 
 
Hazırda cinayətin motivləri araşdırılır. Sağlamlığa ağır xəsarət yetirilməsi faktı üzrə AR Cinayət Məcəlləsinin 126-cı maddəsinə müvafiq olaraq cinayət işi açılıb.
 

Baxış sayı: 3751 | Tarix: 29.08.2019
Bizi Telegramda izləyin: @repostaz