Bakıda 27 yaşlı qadın zorlanıb.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə martın 3-də Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, 25-də yerləşən hoteldə baş verib.
Lakin zərərçəkmiş bu müddət ərzində zorlanması barədə polisə məlumat verməyə cəsarət etməyib.
27 yaşlı qadının (adı məlum səbəblərdən açıqlanmır) 24-cü Polis Şöbəsinə təqdim etdiyi şikayət ərizəsinə görə, onu zorlayan şəxs Kəlbəcər rayonunun 41 yaşlı sakinidir.
Polis hazırda məlumatın doğru olub-olmadığını araşdırır.
Qeyd edək ki, daxili işlər orqanları ayın əvvəlindən paytaxtda 11 zorlama faktı qeydə alıb, bunlardan onunun üstü açılıb.