Kriminal aləmin tanınmış simalarından olan, “Lotu Quli” ləqəbli azərbaycanlı “qanuni oğru” Nadir Səlifov titulundan məhrum edilə bilər.
RePost.Az xəbər verir ki, bu barədə Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovun da (Şakro Molodoy) və Rövşən Lənkəranskinin klanına daxil olan digər "qanuni oğru” Badri Koquaşvili qərar veriblər.
Badri Koquaşvili Nadir Səlifovun “qanuni oğru” titulundan məhrum edilməsilə bağlı təklif irəli sürüb. O, buna əsas kimi “Lotu Quli”nin Türkiyədə 35 yaşlı “qanuni oğru” Quram Çixladzenin döyülməsini göstərib.
İddia olunur ki, gürcü “qanuni oğru” Quram Çixladze “Lotu Quli”nin adamı, tanınmış kriminal avtoritetlərdən olan Armen tərəfindən döyülüb.
Qeyd edək ki, Çixladzenin Rövşən Lənkəranskinin qohumları ilə sıx dostluq münasibətlərində olması Lotu Qulini qəzəbləndirib və ona xəbərdarlıq edib.
Onların Türkiyədə baş tutan görüşü zamanı Quram Çixladze Nadir Səlifovun fikirlərini qəbul etmədiyini və Rövşən Lənkəranskinin qohumları ilə dost qalacağını deyib.
Lotu Qulinin həmin görüşdə iştirak edən tərəfdaşı Arman adlı şəxs gürcü avtoriteti döyüb. Çixladze təhlükə ilə üz-üzə qaldığını görüb, oradan uzaqlaşıb və İsrailə uçub.
“Kutaisi kriminal qruplaşması”nın əsas simalarından biri sayıldığından bu hadisənin ciddi kriminal müharibəyə səbəb olacağı düşünülür.
RePost.Az