Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin bütün obyektləri “Şeyx Həmzət” ləqəbli çeçen kriminal avtoritet Həmzət Qastemirovun nəzarətin keçib.
RePost.Az xəbər verir ki, bu barədə “Sputnik” agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən bildirir.
Xəbər verildiyi kimi bundan əvvəl Lənkəranskinin İtaliyanın Pozitano şəhərində 101 milyon avro nəğd pula iki lüks otel -“Le Sirenuse” və “Hotel Covo dei Saraceni” otellərini aldığı üzə çıxmışdı. Həmin otellərdən biri kriminal avtoritetin qohumlarının, digəri Şeyx Həmzətin arvadının adına rəsmiləşdirilib. Lakin daha sonra Şeyxin vəkilləri digər oteli də məhkəmə yolu ilə Lənkəranskinin qohumlarından alıblar.
Məlumata görə Qastemirovun getdikcə güclənən klanı Avropada kriminalın “obşak”ına nəzarət edir. Avropa ölkələrində onun topdansatış bazaları var. Bu bazalardan Rusiya bazarlarına mallar göndərilir. FTX-dəki mənbə deyib ki, Qastemirovun nəzarətindəki “obşak”ın aktivləri iri bankın aktivləri ilə müqayisə oluna bilər. Hazırda Rusiya DİN-də FTX-də Qastemirovun barəsində 37 cinayət dosyesi var.
Avropadakı “obşak”ın Şeyx Həmzətin nəzarətinə verilməsi məsələsi hələ “Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun Ermənistanda keçirdiyi “sxodka”da qəbul olunub. “Şakro” özü hazırda həbsdədir, iyul ayında həbs olunub.
Bildirilir ki, “Şakro”nun Avropadakı aktivləri-bukmeyker kontorları, Las-Veqasda kazino, Belçikada daş-qaş evi, iri Rusiya neft şirkətinin səhm paketi və digərləri də Şeyxin idarəçiliyindədir. Habelə Şeyx Avropada keçmiş sovet respublikalarından olan zərgərlərə “krışalıq” edir. Məlmata görə Şeyx Las-Veqasdakı “Caesars Palace “ kazinosunun 35 faizinin sahibidir. Bu, dünyanın ən iri otel-kazinolarından biridir. Çeçen mafiozun qüdrəti o qədər böyükdür ki, bu ilin avqust ayında onun ailə bayramında Al Paçino və Robert De Niro kimi Hollivud ulduzları da iştirak etmişdi.
Mənbə hazırda Şeyxin nəzarət etdiyi Almaniya və Hollandiya şirkətlərinin tam siyahısını da təqdim edib. Hansı ki, həmin aktivlərin əvvəlki sahibi Rövşən Lənkəranski idi. Bura “Rainbow International B.V., Staay Food Group Holding, Fruit Company B.V. və Sonnen Frucht GmbH daxildir. Bu şirkətlər Avropadan Rusiya, Belarus və Ukraynaya meyvə-tərəvəz, ərzaq məhsulları ixrac edir. İki il əvvəl isə Lənkəranski Şeyxlə birlikdə Münhendəki Hotel Sofitel Munich Bayerpost otelini 82 milyon avroya alıb. Pulun 10 faizini Lənkəranski qoyub, lakin hazırda bu otel də tamamilə Qastemirovun nəzarətindədir.
RePost.Az