Tanınmış teleaparıcı Afət Rahilqızı şəxsi həyatı ilə bağlı hər kəsi maraqlandıran açıqlamalar verib.
 
RePost.Az xəbər verir ki, Afət xanım ARB-nin "Üç Əlli" adlı yeni layihəsində barəsində gəzən şayiələrə aydınlıq gətirib.
 
O, həmkarı Elgiz Əkbərlə heç vaxt sevgili olmadıqlarını deyib: 
 
"Buradan bəzi şayiələrə son qoymaq istəyirəm. Bu sualı mənə tez-tez verirdilər. Əvvəllər hamı elə bilirdi ki, biz Elgizlə evlənəcəyik. Hətta sevgiliyik, nişanlanmışıq deyənlər də vardı. Buradan demək istəyirəm ki, Elgizlə heç vaxt sevgili olmamışıq. Biz sadəcə yaxşı dost olmuşuq". 
 
Elgiz bəyin reaksiyası tamaşaçılarda gülüş yaradıb: 
 
"Mənə bax, deyirsən hamı deyirdi, o xəbər nə əcəb mənə gəlib çatmayıb?"
 
A.Rahilqızı ərə getmədiyini və ana olmağa hazırlaşmadığını da bəyan edib:
 
"Vallah, yayda bir balaca kökəlmişəm, camaat elə bilir ki, ərə getmişəm, hamiləyəm. Nə ərə getməmişəm, nə də ki, ana olmağa hazırlaşmıram".


Baxış sayı: 5138 | Tarix: 17.09.2019
Bizi Telegramda izləyin: @repostaz