Bakının Nərimanov rayonunda  “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə danışıb.
 
RePost.Az xəbər verir ki, Elvin Qasımzadə “unikal.org”a açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır:
 
“Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm.
 
Həmin qızı öz maşınıma qoyub, xəstəxanaya çatdırmışam. Onu xəstəxanaya necə çatdırmağımı da bir Allah bilir”.
 
Elvin Qasımzadə bildirib ki, hadisəni eşidən bütün yaxınlar narahat olublar:
 
“Dünəndən telefon zənglərim dayanmır. Haqqımda bilmədən yazanlar, paylaşanlar da şərəfsiz insanlardır”.
 
Xatırladaq ki, dünən gecə Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı "Gənclik" metrostansiyası yaxınlığında yolu keçərkən "Maserati" markalı "10-XE-011" dövlət qeydiyyat nişanlı avtomobil vurub.
 
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 4359 | Tarix: 18.09.2019
Bizi Telegramda izləyin: @repostaz